Məşhur aktrisaya qarşı cinsi qısnama edən şəxsin cəzası - MƏLUM OLDU

Məşhur aktrisaya qarşı cinsi qısnama edən şəxsin cəzası - MƏLUM OLDU Dünya

Türkiyəli aktrisa Ezgi Molanı 7 il təqib edərək ona sataşma xarakterli mesajlar göndərdiyi iddia edilən 40 yaşlı Kamal adlı şəxsə veriləcək cəza məlum olub.

News24.az bizim.media-ya istinadən bildirir ki, aktrisaya sosial şəbəkədə mesajlar yollayaraq və küçədə onu izləyərək təhdid edən şəxsin 1 il 5 gün müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.

Hakim qarşısına çıxan Kamal adlı şəxs bu fikirləri səsləndirib:

“Məqsədim tanışlıq olub. Göndərdiyim mesajların cinsi təcavüz xarakterli olması ilə bağlı iddiaları qəbul etmirəm”.

Hakim qərarın açıqlanmasını növbəti məhkəməyə saxlayıb.