Məşhur iş adamı xəstəxanaya yerləşdirildi - FOTO
Dünya
Amerikanın “Apple” korporasiyasının həmtəsisçisi Stiv Voznyak biznes forumunda çıxış etməli olduğu Mexiko şəhərində xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə Meksika mətbuatı yazıb.
Məlumata görə, Voznyaka beyin qan təchizatı pozğunluğu diaqnozu qoyulub və onun forumda iştirakı tibbi səbəblərə görə ləğv edilib.
Qeyd olunur ki, iş adamı başgicəllənmədən şikayət edib. Daha sonra o xəstəxanaya yerləşdirilib.
Hazırda Voznyak Mexikodakı xəstəxananın təcili yardım şöbəsindədir və müayinə olunur.
Voznyakın komandasının bir neçə üzvü, lazım gələrsə, onu müalicə üçün ABŞ-a aparmaq məqsədilə şəxsi təyyarə ilə ABŞ-dan Meksikaya gedib.
ForoTV, El Pais, El Tempo və El Financiero telekanalları Voznyakın insult keçirdiyini bildiriblər. El Tempo xəbər verir ki, sahibkar MRT müayinəsindən keçib, vəziyyəti stabil qiymətləndirilir.
Voznyakın 73 yaşı var. Stiv Cobs və Ronald Ueyn ilə birlikdə 1976-cı ildə “Apple” şirkətini qurub. 1981-ci ildə Voznyak təyyarə qəzası keçirib və korporasiyanın idarə edilməsində iştirakını dayandırıb. Daha sonra bir sıra şirkətlər və qeyri-kommersiya birlikləri ilə əməkdaşlıq edərək mühəndis və alim kimi fəaliyyət göstərib. 2020-ci ilə qədər o, hələ də “Apple” əməkdaşı olub və maaş alıb (həftədə 50 dollar). Voznyakın bildirdiyinə görə, müqavilə əsasında onu işdən çıxara biləcək yeganə şəxs 2011-ci ildə vəfat edən Stiv Cobs olub.
Akqabay