Məşhur karnaval təxirə salındı

Məşhur karnaval təxirə salındı Dünya
Braziliyanın Rio-de-Janeyro və San-Paulu şəhərlərində "Omikron" ştammının sürətlə yayılması səbəbindən ənənəvi karnaval təxirə salınıb.

News24.az CNA-ya istinadən xəbər verir ki, fevral keçirilməli olan karnavalın tarixi dəyişdirilib.

Karnavalın aprel ayında baş tutması planlaşdırılır. 

Rio-de-Janeyronun Səhiyyə Departamentinin rəhbəri Daniel Soranzın sözlərinə görə, şəhərdəki sanitar vəziyyət planlaşdırılan tarixdə kütləvi tədbir keçirməyə imkan vermir.

Qeyd edək ki, son 7 gündə Braziliyada gündəlik orta hesabla 120 min yeni yoluxma halı aşkarlanıb. Ölkə 20 milyondan çox koronavirusa yoluxma halı ilə ölkələr arasında üçüncü yerdədir.