Məşhur pivə şirkəti 300 milyonluq biznesi 1 avroya sataraq Rusiyanı - TƏRK ETDİ

Məşhur pivə şirkəti 300 milyonluq biznesi 1 avroya sataraq Rusiyanı - TƏRK ETDİ Dünya

Niderlanın məşhur pivə şirkəti olan “Heineken” Rusiyanı tərk edib. Şirkət oradakı müəssisələrini Rusiyanın Arnest Qrupuna simvolik 1 avroya satıb.

Bu barədə News24.az “Reuters”-ə istinadən xəbər verir.

Dünyanın ikinci ən böyük pivə istehsalçısı sövdələşmənin bütün lazımi təsdiqləri aldığını və ehtimal ki, 300 milyon avro itki ilə nəticələnəcəyini söyləyib.

“Heineken” Rusiyanın Ukraynanı işğalından sonra 2022-ci ilin martında Rusiyadan çıxmaq niyyətini açıqlamışdı. Şirkət indi prosesin gözlənildiyindən daha uzun sürdüyünü etiraf edib.

Baş direktor Dolf van den Brink deyib: “Son hadisələr böyük istehsal şirkətlərinin Rusiyanı tərk edərkən üzləşdiyi ciddi çətinlikləri nümayiş etdirir”.

Akqabay