Bu tütün şirkəti Rusiyadakı biznesini - SATIR
Dünya
“British American Tobacco” şirkəti Rusiya və Belarusiyadakı biznesini satdığını açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə TASS-a şirkətin Rusiya nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, istifadə edilən ticarət markaları Rusiya biznesinin mülkiyyətində qalacaq.
“BAT Group bu gün Rusiya və Belarusdakı biznesini satmaq üçün müqavilə bağladığını açıqladı. İndi istifadə edilən bütün ticarət nişanları Rusiya biznesinin mülkiyyəti olaraq qalacaq. Beləliklə, istehlakçılar tanış brendlər altında öz tanış yüksək keyfiyyətli məhsullarını almağa davam edəcəklər”, - məlumatda deyilir.
Bildirilib ki, iş transferinin sonunda yeni struktur ITMS şirkətlər qrupu adlandırılacaq.
Akqabay