Məşhur aktrisanın səhhəti pisləşdi

Məşhur aktrisanın səhhəti pisləşdi Dünya

Dünyaca məşhur aktrisa Ancelina Colinin səhhətində ciddi problemlər yaranıb.

News24.az xəbər verir ki, keçmiş həyat yoldaşı Bred Pittlə uzunmüddətli məhkəmə çəkişmələrindən sonra Colinin halı pisləşib.

Hüquqi müstəvidə mübarizələrin stressi aktrisanın sağlamlığına o qədər ciddi təsir edib ki, uşaqları ona gecə-gündüz qulluq edirlər.

Məlumata görə, "Oskar" mükafatı laureatı 2017-ci ildən bəri vaxtının çox hissəsini Los-Ancelesdəki 24,5 milyon dollarlıq malikanədə keçirir.

Aktrisanın altı uşağı onu tək qoymur.

Ailəyə yaxın şəxsin sözlərinə görə, aktrisanın sağlamlıq vəziyyəti hər kəsin təsəvvür edəcəyindən də daha pisdir.

Qeyd edək ki, Coli və Pitt 12 illik münasibətlərdən sonra 2024-cü ilin sonunda rəsmən boşanıblar. (Oxu.az)