Məşhur aktyor 60 minlik kirayə borcunu ödəmədi, evdən çıxarıldı
Dünya
ABŞ-də Los-Anceles dairə məhkəməsi məşhur aktyor Mikki Rurkun evdən çıxarılması barədə qərar verib.
News24.az xəbər verir ki, qərar ev sahibi Erik T.Qoldinin iddiası əsasında qəbul olunub.
Aktyorun evdən çıxarılmasına səbəb onun "Drexel Avenue"də yerləşən evin ödənilməmiş icarə haqqı ilə bağlıdır.
Məhkəmə sənədlərinə görə, aktyorkun yaşayış yerinin icarəsi üçün 59 100 dollar borcu yığılıb.
Rurk qanunla müəyyən edilmiş müddətdə çıxarılma barədə bildirişə cavab vermədiyi üçün məhkəmə qiyabi qərar çıxarıb və ev sahibi Qoldiyə dərhal evə sahiblik hüququ verib, həmçinin icarə müqaviləsinin qalan hissəsini ləğv edib.
Mübahisə fonunda aktyorun pərəstişkarları ona kömək etmək üçün “GoFundMe” platformasında təxminən 100 min dollar toplamağa cəhd ediblər.
Kampaniya Rurkun menecerinin köməkçisi Kimberli Hayns tərəfindən başladılıb. Lakin aktyor bu pulları qəbul etməkdən imtina edib və ianə kampaniyasını “amansız alçaldılma” adlandırıb.
Məhkəmə qərarı yalnız daşınmaz əmlakın sahiblik məsələsini əhatə edib və kirayəçinin maliyyə öhdəlikləri bu qərarın predmetinə daxil olmayıb.
Beləliklə, Mikki Rurk təxminən bir ildir kirayədə yaşadığı evdə qalmaq hüququnu rəsmi olaraq itirib.