Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisi ilə evləndi

Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisi ilə evləndi Dünya

Amerikalı aktyor Cim Kerri 34 yaşlı sevgilisi Min Ha ilə gizli toy edib.

News24.az xəbər verir ki, təntənəli mərasim Fransada keçirilən "Sezar" mükafatının təqdimatından yeddi ay sonra baş tutub.

Qeyd edək ki, mükafatlandırma zamanı 64 yaşlı aktyor tamamilə fransız dilində etdiyi çıxışında Min Hanı öz həyat yoldaşı adlandırmışdı.

Kerri və Min Ha artıq bir neçə ildir münasibətdədirlər. Onlar ilk dəfə 2022-ci ildə Los-Ancelesdə xeyriyyə komediya şousunda birlikdə görüntüləniblər.

Kerri iki dəfə evli olub. Onun Melissa Uomerlə ilk nikahı 1995-ci ildə pozulub. Bir il sonra artist həmkarı Loren Holli ilə evlənib. 10 aydan sonra onlar boşanıblar.

Kerrinin Melissa Uomerdən Ceyn Erin adlı 39 yaşlı qızı var.