Məşhur aktyor vəfat etdi
Dünya
Braziliyalı aktyor, rejissor və dramaturq Juca de Oliveira 91 yaşında vəfat edib.
News24.az xəbər verir ki, aktyor martın 21-i səhər saatlarında dünyasını dəyişib. O, martın 13-dən São Paulo şəhərində yerləşən xəstəxanalardan birinin reanimasiya şöbəsində müalicə alırdı.
Bildirilir ki, Juka de Oliveyranın vəziyyəti ürək problemləri fonunda yaranan pnevmoniya səbəbindən ağırlaşıb.
Tamaşaçılar onu xüsusilə məşhur O Clone (“Klon”) və Avenida Brasil (“Braziliya prospekti”) seriallarındakı yaddaqalan rolları ilə tanıyırdı.
Onun ölümü Braziliya televiziya və teatr dünyası üçün böyük itki hesab olunur.(unikal)