Məşhur aktyor xəstəxanalıq oldu
Dünya
Qaraciyər çatışmazlığından əziyyət çəkən türkiyəli aktyor Ufuk Özkanın səhhəti pisləşib.
News24.az xəbər verir ki, 50 yaşlı aktyor dünən gecə vəziyyətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilib.
Özkanın qardaşı mətbuata açıqlamasında aktyorun təcili orqan nəqlinə ehtiyacı olduğunu bildirib. Hazırda uyğun qaraciyər donoru axtarışı davam edir.