Məşhur aktyorun 13 yaşlı qızı vəfat etdi
Dünya
Amerikalı aktyor Çad Lounun 13 yaşlı qızı Fiona vəfat edib.
News24.az xəbər verir ki, bu barədə aktyorun nümayəndələri məlumat yayıb.
Fionanın ölüm səbəbi açıqlanmayıb. Onun psixi sağlamlığı ilə bağlı problemlərinin olduğu ehtimal edilir.
“Fionanı bacıları çox sevirdi, valideynləri isə ona böyük məhəbbətlə bağlı idilər. Əslində, o, həyatımızın işığı idi. Onun vəfatı bütün ailəmiz üçün böyük sarsıntı oldu. Bu çətin zamanda dua etmənizi və şəxsi həyatımıza hörmət göstərməyinizi xahiş edirik. Əgər siz və ya tanıdığınız biri psixi sağlamlıq problemlərindən əziyyət çəkirsə, xahiş edirik, təcili yardıma müraciət edin”, — aktyorun nümayəndələri bildiriblər.
Qeyd edək ki, Lou “Məsum yalançılar” və “Spencer” sitkomundakı baş roluna görə tanınır.