Məşhur məşqçi beyin ölümü keçirdi - İddia
Dünya
Dünya futbolunun canlı əfsanəsi, rumıniyalı mütəxəssis Mirça Luçeskunun sağlamlıq vəziyyəti ilə bağlı daxil olan son məlumatlar idman ictimaiyyətini dərindən kədərləndirib.
News24.az xəbər verir ki, Rumıniya mətbuatında 80 yaşlı məşqçinin beyin ölümü keçirməsi barədə iddialar yer alıb.
Xatırladaq ki, martın 29-da Rumıniya milli komandasının düşərgəsində halı pisləşən Luçesku dərhal Buxarest Universitet Xəstəxanasına yerləşdirilmişdi. Artıq bir həftədir reanimasiya şöbəsində müalicə alan təcrübəli məşqçinin vəziyyəti gün ərzində daha da ağırlaşıb. Xəstəxanadan verilən rəsmi açıqlamaya görə, onda müşahidə olunan ürək ritm pozuntusu artıb və orqanizm tətbiq edilən müalicəyə reaksiya vermir.
Hazırda Mirça Luçesku həyat dəstək aparatına qoşulu vəziyyətdədir. Mətbuatın yazdığına görə, həkimlər vəziyyətin ümidsiz olduğunu bildirərək, növbəti addımlar üçün ailəsinin qərarını gözləyirlər. Futbol dünyasında böyük hörmət sahibi olan məşqçinin vəziyyəti ilə bağlı hələlik rəsmi ölüm xəbəri təsdiqlənməsə də, gələn məlumatlar heç də nikbin deyil.
Qeyd edək ki, Mirça Luçesku karyerası ərzində bir çox nəhəng klubları çalışdırıb və Azərbaycan futbolsevərləri tərəfindən də yaxından tanınan simalardan biridir.