Məşhur müğənninin 2,3 milyon vergi borcu var
Dünya
Rusiyanın “Ruki Vverx” qrupunun solisti Sergey Jukovun vergi orqanlarına 2,3 milyon rubl borcu var.
News24.az xəbər verir ki, ötən il “Ruki Vverx!” qrupunun solisti “Nuvstor” MMC-nin həmtəsisçilərindən biri olub.
Bu şirkət Moskvada brend küçə geyimləri mağazasının hüquqi şəxsidir. Şirkətdə Jukova ümumi payın 33,33 faizi məxsusdur.
Məlumata görə, Sergey Jukovun biznesinin vergi orqanlarına 2,3 milyon rubl borcu yaranıb. /Zvezdaç/