Məşhur müğənninin toy tarixi bəlli oldu

Məşhur müğənninin toy tarixi bəlli oldu Dünya

Amerikalı müğənni Teylor Svift və Amerika futbolçusu Trevis Kelsinin toy tarixi açıqlanıb.

News24.az xəbər verir ki, “Page Six” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, mərasim 2026-cı il 13 iyun tarixində baş tutacaq. Cütlük ABŞ-nin Rod-Aylend ştatında yerləşən viktorian üslubunda tikilmiş “Ocean House” otelində toy mərasimini keçirməyi planlaşdırır.

Bildirilib ki, 13 rəqəmi Svift üçün simvolik məna daşıyır və onun sevimli rəqəmidir.