Məşhurlar saxlanıldı - Foto
Dünya
İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində əməliyyatlar davam edir.
News24.az xəbər verir ki, istintaqın dərinləşməsi fonunda sosial media fenomenləri Taha Özer və Simge Barankoğlu gecə yarısı keçirilən əməliyyat zamanı saxlanılıblar.
Məlumata görə, narkotik araşdırması çərçivəsində həyata keçirilən basqınlar zamanı Taha Özer İstanbulda, Simge Barankoğlu isə İzmirdə polis əməkdaşları tərəfindən tutulub. Barankoğlunun yoxlamaları zamanı onun dələduzluq ittihamı ilə axtarışda olduğu da müəyyən edilib.
Saxlanılan Simge Barankoğlu rayon polis bölməsinə aparılıb. Onun barəsində aparılan prosedurlar başa çatdıqdan sonra məhkəməyə göndəriləcəyi bildirilib.