"Meta" şirkəti minlərlə əməkdaşını işdən çıxarır
Dünya
"Meta" şirkəti işçi heyətinin 10%-ni ixtisar edəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, şirkətin məlumatına görə, bu qərarı süni intellekt sahəsinə ayrılan böyük xərcləri qarşılamaq və fəaliyyətin daha səmərəli qurulması ilə bağlı verilib. İxtisarlar nəticəsində təxminən 8 min nəfər işini itirəcək.
"Meta" bildirib ki, ixtisarlar mayın 20-də həyata keçiriləcək və işdən çıxarılan əməkdaşlara kompensasiya ödəniləcək. Həmçinin, şirkət bu il üçün 135 milyard dollar həcmində investisiya planlaşdırdığını da xatırladıb.