Meymunçiçəyi Finlandiyada da - aşkar olundu

Meymunçiçəyi Finlandiyada da - aşkar olundu Dünya
Finlandiyada meymunçiçəyi infeksiyasına ilk yoluxma faktı qeydə alınıb.

News24.az-ın məlumatına görə, bu barədə Helsinki universitet xəstəxanasının açıqlamasında deyilir.

Qeyd olunur ki, yoluxma bir nəfərdə aşkar edilib. Bununla bağlı ətraflı məlumat verilməyib.

Xatırladaq ki, ÜST-nin hesabatına əsasən, meymunçiçəyi infeksiyası bu günədək 20-dən çox ölkədə qeydə alınıb. Yoluxanların ümumi sayının 140 nəfərə yaxın olduğu deyilir.