Müharibənin taleyi necə həll olunacaq? – Varşavadan sərt mesaj
Dünya
Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Ukraynada müharibənin taleyini danışıqlar deyil, “kimin birinci sınacağı” müəyyən edəcək.
News24.az xəbər verir ki, nazirin sözlərinə görə, Vladimir Putinin sülh bəyanatları əslində Ukraynanın kapitulyasiyası şərtləri ilə təklif olunan sülhdür.
“Hər bir diktator sülh istəyir: əgər təslim olsanız, sülh olacaq. Sual yalnız hansı şərtlərlə?”, – deyə Sikorski vurğulayıb.
O qeyd edib ki, Kreml ukraynalılığı yalnız Rusiya mədəniyyətinin əyalət versiyası kimi qəbul etməyə hazırdır, ayrıca millət kimi deyil. Nazir əlavə edib ki, müharibədə əsas məsələ Rusiyanın resurslarının nə vaxt tükənəcəyidir və artıq Rusiya iqtisadiyyatında çatlar görünməyə başlayıb.