Mirzoyan Fransaya gedir

Mirzoyan Fransaya gedir Dünya


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 9-10-da Fransanın Nitsa şəhərində ikigünlük işgüzar səfərdə olacaq.

News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumata görə, erməni nazir Fransanın xarici işlər nazirinin dəvəti ilə BMT-nin Okean üzrə 3-cü Konfransında iştirak edəcək.

Səfər zamanı ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.