Misirdəki faciədə 31 nəfər öldü
Dünya
Misirin paytaxtı Qahirədə neft məhsulları daşıyan yük maşınının aşması nəticəsində güclü yanğın baş verib.
News24.az xəbər verir ki, hadisə Varrak rayonu yaxınlığında dairəvi avtomobil yolunda yaşanıb.
Misir Səhiyyə Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 31-ə çatıb, daha 21 nəfər xəsarət alıb.
Misirin Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.
Qurumun məlumatına görə, yanğın nəticəsində 27 nəqliyyat vasitəsi, o cümlədən avtomobillər və motosikletlər tamamilə yanıb.
Həlak olanlardan bir neçəsinin şəxsiyyətinin DNT analizi vasitəsilə müəyyənləşdirilməsi nəzərdə tutulur.