Məktəblilərə qarşı ŞOK QƏRAR: Şagirdləri döyməyə icazə verildi – Bu ölkədə
Dünya
Sinqapurda məktəb yoldaşlarını qısnamaya məruz qoyan şagirdləri döyməyə icazə verilib.
News24.az xəbər verir ki, ciddi qısnamaya yol verdiyi təqdirdə məktəbli əsa ilə 3 zərbə ala bilər.
Qeyd edək ki, bu cəza növü yalnız son çarə kimi, yəni bütün digər tədbirlər artıq nəticə vermədikdə icra edilə bilər. Cəzanın tətbiqi barədə qərarı məktəbin direktoru alacaq, cəza özü isə məktəbin xüsusi əməkdaşları tərəfindən həyata keçiriləcək.
Yeni qərar yeniyetmələr arasında ard-arda baş verən zorakılıq hallarından sonra qəbul edilib.
Onu da qeyd edək ki, Sinqapurda fiziki zorakılıq sistemin bir hissəsi olaraq qalır. Belə ki, həbsxanalarda da məhbusları döyməyə icazə verilir.
Qızlara qarşı oxşar cəza növləri isə qanunla qadağan edilir.