Moskva metrosunda tüstülənmə: Qatarların hərəkəti dayandırıldı

Moskva metrosunda tüstülənmə: Qatarların hərəkəti dayandırıldı Dünya

Moskva metrosunun Sokolniçeskaya xəttində güclü tüstülənmə baş verib.

News24.az xəbər verir ki, hadisə yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə 12:00) qeydə alınıb.

Hadisə ilə əlaqədar “Park Kulturı” və “Bulvar Rokossovskoqo” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Sərnişinlər birbaşa tunelin içindən vaqonlardan çıxarılıb. Təxminən 200 nəfərin təxliyə edildiyi bildirilir. Zərərçəkən yoxdur. Yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə 13:50) bütün metro xətti üzrə hərəkət bərpa olunub.

Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. (qafqazinfo)