Moskvada restoran sahibinin avtomobili atəşə tutuldu
Dünya
Moskvanın mərkəzində "Levantine" restoranının sahibi Şaiq Süleymanova məxsus avtomobil atəşə tutulub.
News24.az xəbər verir ki, Rusiya mediasının məlumatına görə, hadisə ötən axşam Trubnikovski döngəsində baş verib.
Naməlum şəxs 46 yaşlı biznesmenin idarə etdiyi “Range Rover” markalı avtomobilə bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Şaiq Süleymanov xəsarət almayıb və polisə müraciət edib.
Hadisə yerində 9 mm çaplı üç giliz aşkarlanaraq ekspertizaya göndərilib.
Polis atəş açan şəxslərdən birinin şübhəli qismində saxlanıldığını bildirib. (APA)