Moskvadan İrəvana uçan təyyarədə yanğın oldu

Moskvadan İrəvana uçan təyyarədə yanğın oldu Dünya

Moskva–İrəvan marşrutu üzrə uçan təyyarənin göyərtəsində uçuş zamanı yanğın qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə "SHOT" Teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, sərnişinlərdən birinə məxsus əl yükü alovlanıb.

Şahidlərin bildirdiyinə əsasən, bort bələdçiləri operativ hərəkət edərək alovu üç yanğınsöndürən balonun köməyi ilə söndürüblər.

İlkin ehtimala görə, çantanın içində olan enerji cihazı alışıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, marşrut dəyişdirilməyib. "FlyOne Armenia" aviaşirkətinə məxsus təyyarə təhlükəsiz şəkildə İrəvanda eniş edib. (APA.az)