Moskvanın bütün ticarət mərkəzləri bağlandı

Moskvanın bütün ticarət mərkəzləri bağlandı Dünya


Moskvadakı bütün ticarət mərkəzlərindən insanlar təxliyə edilir.

News24.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Həmçinin Sankt-Peterburqda restoranlar polisin tələbi ilə fəaliyyətini dayandırıb.

Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

Teraktın ardınca binada partlayış baş verib. “Krokus”da böyük yanğın hələ də davam edir.