Müctəba Xameneinin görüntüləri süni intellektlə hazırlandı - Video
Dünya
Müctəba Xameneinin İranın üçüncü ali lideri kimi təqdim edilməsindən bir ay keçməsinə baxmayaraq, onunla bağlı yayılan vizual materiallar hələ də yalnız süni intellekt tərəfindən hazırlanmış görüntülərlə məhdudlaşır.
News24.az xəbər verir ki, bu müddət ərzində Müctəba Xameneyinin yeni səs yazısı və ya real video görüntüsü ictimaiyyətə təqdim edilməyib.
Son olaraq hökumətə yaxın hesab olunan şəxslər və media resursları Xameneinin süni intellekt vasitəsilə yaradılmış yeni videosunu yayıblar.
Yayılan videoda Xamenei müharibə otağında təsvir olunub.
Kadrlarda onun İsraildə yerləşən Dimona nüvə obyektinin xəritəsi fonunda göründüyü diqqət çəkir. /Independent Persian