Münasibətlər gərginləşir: - "Ermənistan forpostunuz deyil"
Dünya
“Biz dövlətin və dövlətçiliyin funksional əhəmiyyətini yenidən qiymətləndirmək zərurəti ilə üzləşmişik və bu qiymətləndirmənin nəticəsi, fikrimcə, belə olmalıdır: Ermənistan öz hüdudlarından kənarda hazırlanmış planları həyata keçirmək üçün tramplin və ya forpost deyil”.
News24.az “Radar Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun fikrincə, dövlət yalnız aşağıda sadalanan planlara xidmət etməlidir.
“İqtisadi inkişaf Ermənistanın dövlət marağıdır və bütün siyasət və konsepsiyalar inkişafın maraqlarına uyğun gəldiyi qədər ona uyğun qiymətləndirilməlidir. Sülh gündəmi bu iki zirvə görüşünə xidmət etmək məqsədi daşıyır”.
Erməni ekspert Marieta Xaçatryan Tam yazdığı məqalədə Paşinyanın bu çıxışının hazırda KTMT iclasına qatılmaqdan imtina etdiyi üçün münasibətlərinin gərgin olduğu Rusiyaya ünvanladığını bildirib: “Paşinyan parlamentdə deyib ki, biz münasibətlərimizi forpost olmamaq məntiqi əsasında qururuq, amma bu, təkcə Rusiyanın deyil, Qərbin də forpostu olmamaqdan xəbər verməməlidir”.
Ayşən