Münxendə diqqətçəkən görüş: Zelenski Pəhləvi ilə bir araya gəldi
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Münxendə İranın vəliəhd şahzadəsi Rza Pəhləvi ilə görüşüb.
News24.az xəbər verir ki, Zelenski Ukraynanın İran xalqını dəstəklədiyini və Tehrandakı rejimə qarşı sanksiyaların gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.
O, həmçinin Rusiya ilə İran arasında hərbi əməkdaşlığı, o cümlədən “Şahed” pilotsuz uçuş aparatlarının tədarükünü və onların istehsalının lisenziyalaşdırılmasını pisləyib.
Rza Pəhləvi isə öz növbəsində Ukraynaya dəstəyini ifadə edib və Münxendəki çıxışı zamanı beynəlxalq ictimaiyyəti İrandakı vəziyyətə müdaxilə etməyə çağırıb.