Narkotacirlər arasında atışma - 10 yaşlı uşaq ÖLDÜRÜLDÜ
Dünya
Fransanın Nimes şəhərində narkotik alverçiləri arasında baş verən atışmada 10 yaşlı uşaq öldürülüb.
News24.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darman X sosial şəbəkəsindəki (keçmiş “Twitter”) səhifəsində bildirib.
“Nimesdə on yaşlı uşaq, görünür, narkotik alverçiləri arasında hesablaşma zamanı öldürülüb. Bu, cəzasız qalmayacaq böyük faciədir”, - nazir yazıb.
Nazir narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində polisin ölkədə fəaliyyətini gücləndirəcəyinə söz verib və son həftələr narkotik alverçilərinin çoxsaylı həbslərini xatırladıb.
Akqabay