Narkotikdən istifadə etdiyini etiraf etsə də, sərbəst buraxıldı
Dünya
Türkiyəli məşhur sosial media fenomeni Şeyma Subaşı İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində dindirilmə zamanı narkotik maddə istifadə etdiyini etiraf edib.
News24.az xəbər verir ki, dekabrın 30-da ABŞ-dən Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında saxlanılan Subaşının narkotik testinin nəticələri məlum olub.
Məhkəmə Tibbi Ekspertizası tərəfindən aparılan analizlər zamanı onun orqanizmində kokain və onun metabolitləri, həmçinin ketamin maddəsi aşkar edilib. Təxminən dörd saat davam edən ifadəsindən sonra fenomen “xaricə çıxış qadağası” və “məhkəmə nəzarəti” şərti ilə sərbəst buraxılıb.
Qeyd edək ki, sözügedən istintaq çərçivəsində aktrisalar Melisa Döngel, Ezgi Eyüboğlu və müğənni Aleyna Tilki kimi tanınmış simaların da olduğu 30 nəfər haqqında araşdırma aparılır.
Onu da bildirək ki, Ş. Subaşı məşhur iş adamı Acun Ilıcalının keçmiş xanımıdır. (Qafqazinfo)