NATO-dan Türkiyə ilə bağlı DİQQƏTÇƏKƏN paylaşım
Dünya
NATO Türkiyə ilə bağlı rəsmi paylaşım edib.
News24.az xəbər verir ki, NATO-nun rəsmi sosial media hesabında 7-8 iyul 2026-cı il tarixlərində Ankarada keçiriləcək zirvə görüşünə dair diqqətçəkən paylaşım yerləşdirilib.
Paylaşımda Anıtkabirin fotosu istifadə olunub və izləyicilərə zirvə görüşünə 100 gün qaldığı xatırladılıb.
Bildirilib ki, Türkiyə 2004-cü ildə İstanbulda keçirilən NATO Zirvəsindən sonra ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi edəcək. Qeyd olunub ki, NATO zirvələri müttəfiq ölkələrin liderlərini Alyansın qarşılaşdığı mühüm məsələlər üzrə qərarlar qəbul etmək üçün bir araya gətirir.