NATO helikopteri qəzaya uğradı - ÖLƏN VƏ İTKİN DÜŞƏNLƏR VAR

NATO helikopteri qəzaya uğradı - ÖLƏN VƏ İTKİN DÜŞƏNLƏR VAR Dünya
NATO helikopteri İon dənizində qəzaya uğrayıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, helikopterin dağıntıları aşkarlanıb. Göyərtədəki altı nəfərdən bir nəfərin öldüyü təsdiqlənib. Digərlərinin taleyi isə naməlum olaraq qalır.

Axtarış-xilasetmə əməliyyatında iştirak etmək üçün hadisənin baş verdiyi əraziyə İtaliyanın freqatı və NATO gəmiləri göndərilib.