Navalni ilə vidalaşdılar
Dünya
Dünən həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalninin dəfn mərasimi böyük müzakirələrə və hakimiyyətin mane olmasına səbəb olub.
News24.az xəbər verir ki, hətta paytaxt Moskvanın Maryino rayonundakı kilsədə keçirilən mərasimdən əvvəl Navalninin cənazəsinin gətirilməsi problemə çevrilib. Bildirilib ki, Moskvada dəfn xidməti göstərən qurumlar Navalninin cənazəsini mərasimin keçiriləcəyi kilsəyə aparmaqdan imtina ediblər. Bu problem aradan qaldırıldıqdan sonra sıx təhlükəsizlik tədbirlərinin görüldüyü kilsəyə cənazə maşını gəlib və Navalninin tabutu içəriyə aparılıb.
Qeyd edək ki, mərasimdə Navalninin anası və atası da iştirak edib. Onun həyat yoldaşı, eləcə də xaricdə yaşayan övladları həbs olunma riski olduğundan mərasimdə iştirak etməyiblər.
Günel Məlikzadə