Neft Emalı Zavodunda yanğın - VİDEO

Neft Emalı Zavodunda yanğın - VİDEO Dünya

Rusiyada Ryazan Neft Emalı Zavodunun ərazisində yanğın baş verib. 

News24.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

İlkin məlumata görə, yanğın məhv edilmiş PUA-ların qalıqlarının əraziyə düşməsi nəticəsində başlayıb.

Regionun qubernatoru Malkov bildirib ki, hazırda “Ryazanda hava hücumunun nəticələrinin aradan qaldırılması davam edir. Bütün aidiyyatı strukturlara müvafiq göstərişlər verilib”.

\\\\Söz.az