Nəhəng layihə təqdim edildi: Dünyanın ilk "Qızıl küçəsi" yaradılır

Nəhəng layihə təqdim edildi: Dünyanın ilk "Qızıl küçəsi" yaradılır Dünya

Dubay qızıl və zərgərlik sektorunda qlobal liderliyini daha da möhkəmlətmək məqsədilə “Dubay Qızıl Bölgəsi” (Dubai Gold District) adlı meqa layihəni rəsmi olaraq təqdim edib.

News24.az xəbər verir ki, layihə çərçivəsində dünyada ilk dəfə “Qızıl Küçəsi”nin yaradılması planlaşdırılır.

Dubay Hökumətinin Media Ofisi X sosial şəbəkəsində layihəyə dair şəkillərlə müşayiət olunan açıqlama yayıb. Bəyanatda bildirilir ki, layihəni “Ithra Dubai” hazırlayıb və “Dubai Gold District” artıq rəsmi olaraq açılıb.

Açıqlamaya görə, vahid ekosistem kimi dizayn edilən Dubay Qızıl Bölgəsi mindən çox pərakəndə satış şirkətini bir araya gətirəcək. Layihə pərakəndə zərgərlik satışından tutmuş qızıl külçələrinin topdansatış ticarətinə və investisiya imkanlarına qədər qızıl və zərgərlik sektorunun bütün dəyər zəncirini eyni məkanda birləşdirəcək.