Netanyahu birbaşa danışıqlara başlamaq əmri verdi
Dünya
İsrail Baş naziri Benyamin Netanyahu “Hizbullah” terror təşkilatının tərksilah edilməsi və münaqişənin mümkün qədər tez həlli məqsədilə Livanla birbaşa danışıqlara başlanması barədə göstəriş verib.
News24.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahu Livan tərəfinin dəfələrlə etdiyi xahişləri nəzərə alaraq, danışıqların mümkün qədər tez başlamasını əmr edib.
Məlumata görə, danışıqlar “Hizbullah” terror təşkilatının tərksilah olunmasına və İsrail–Livan münasibətlərinin normallaşdırılmasına yönələcək.
İsrail Baş naziri həmçinin Livan hökumət başçısının Beyrutun silahsızlaşdırılması ilə bağlı açıqlamasını müsbət qiymətləndirdiyini bildirib. (Teleqraf)