Netanyahu təhdid etdi: “Müharibə hələ bitməyib”
Dünya
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı yeni açıqlama verib.
News24.az xəbər verir ki, o, bölgədə vəziyyətin hələ də gərgin olduğunu bildirərək, müharibənin bitmədiyini vurğulayıb.
Netanyahunun açıqlamasının ardından Fələstin tərəfindən fərqli tonlu bəyanatlar gəlib. Fələstin Prezidentinin xüsusi nümayəndəsi və keçmiş baş nazir Məhəmməd İştayye Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzza atəşkəsi prosesində oynadığı rolu yüksək qiymətləndirib.
İştayye bildirib ki, Türkiyə Fələstin, ABŞ və region ölkələri ilə bənzərsiz əlaqələrə malikdir və bu onu bölgədə unikal bir aktyora çevirir.
“Prezident Ərdoğan görüşə və Qəzza atəşkəsi razılaşmasına real əlavə dəyər qazandırdı. Onun rolu sayəsində danışıqlara etimad artdı”, – deyə İştayye qeyd edib.
O həmçinin Şarm Əl-Şeyx görüşünün əhəmiyyətinə toxunaraq, orada iştirak edən beynəlxalq liderlərin gələcəkdə Qüds və İordan çayının qərb sahili məsələlərinin həlli üçün də bir araya gələcəyinə ümid etdiyini bildirib.
Aqil Qarayev