Netanyahu Trampla görüşəcək
Dünya
İsrailin Baş naziri Benyamin Netanyahunun fevralın 11-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü gözlənilir. Görüşdə İranla aparılan danışıqlar müzakirə olunacaq.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Baş nazir hesab edir ki, hər hansı danışıqlar ballistik raketlərin məhdudlaşdırılması və İrana dəstəyin dayandırılmasını əhatə etməlidir”, – Netanyahunun ofisinin yaydığı bəyanatda bildirilir.
Xatırladaq ki, İran və ABŞ rəsmiləri Omanın paytaxtı Məşqətdə dolayı nüvə danışıqları aparıblar. Danışıqlar zamanı İran özünün uran zənginləşdirmə haqqından imtina etməyəcəyini bildirib.