Netanyahu və Tramp görüşdü – Yeniləndi

Netanyahu və Tramp görüşdü – Yeniləndi Dünya

Netanyahu və Tramp görüşündə əsasən İranla danışıqlar, Qəzza və regiondakı proseslər müzakirə olunub.

News24.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin sosial şəbəkə hesabındakı paylaşımda deyilir.

Məlumatda bildirilir ki, Netanyahu həmçinin İsrailin təhlükəsizlik ehtiyaclarını xüsusi vurğulayıb.

**23:35

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş 2,5 saat davam edib.

News24.az xəbər verir ki, Tramp görüş barədə özünün "Truth Social" hesabında paylaşım edib.

O, qəti bir nəticə gəlmədiklərini və İranla danışıqları davam etdirməyi istədiyini bildirib.

**

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında danışıqlar başlayıb.

News24.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Görüşün əsas mövzusu nüvə probleminin həlli üzrə İran-ABŞ danışıqlarının dinamikası olacaq. Netanyahu İsrailin mövqeyini təqdim edəcək, İranla sazişin uranın zənginləşdirilməsinin dayandırılmasını, mövcud materialın ölkə ərazisindən çıxarılmasını, ballistik raketlərin hazırlanmasının dayandırılmasını nəzərdə tutmasının zəruriliyini vurğulayacaq. (Report)