Netanyahudan Trampa: İranla atəşkəs böyük risk daşıyır
Dünya
İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampa İranla mümkün atəşkəs razılaşması ilə bağlı xəbərdarlıq etdiyi iddia olunur.
News24.az xəbər verir ki, bu barədə "Channel 12" məlumat yayıb.
Bildirilib ki, Netanyahu telefon danışığı zamanı belə bir razılaşmanın “böyük risklər daşıdığını” vurğulayıb.
Məlumata görə, israilli rəsmi bildirib ki, Tramp cavabında ABŞ-nin irəli sürdüyü şərtlərin qəbul ediləcəyi təqdirdə atəşkəsin mümkün ola biləcəyini qeyd edib. Bununla belə, o, Tehranın zənginləşdirilmiş uranı tam təhvil vermək və uranın zənginləşdirilməsindən imtina etmək kimi tələblərlə razılaşmasının çətin olduğunu da diqqətə çatdırıb.
Eyni zamanda, "Axios" platformasının yaydığı məlumata görə, ABŞ, İran və region ölkələrinin vasitəçiləri arasında 45 günlük atəşkəs ehtimalı müzakirə olunur. Bildirilib ki, bu müddət daha geniş və uzunmüddətli razılaşma üçün zəmin yaratmaq məqsədi daşıyır.