Niderland Ukraynaya dronlar üçün 700 milyon avro ayıracaq

Niderland Ukraynaya dronlar üçün 700 milyon avro ayıracaq Dünya

Niderland Ukraynaya 950 milyon avroluq hərbi yardım paketi təqdim edəcək. Bunun 700 milyon avrosu dronlar üçün ayrılacaq.

News24.az xəbər verir ki, bu barədə Krallığın müdafiə naziri Ruben Brekelmans "X" səhifəsində məlumat verib.

Müdafiə nazirinin sözlərinə görə, münaqişə hələ bitmədiyi üçün diplomatik irəliləyişlərə baxmayaraq dəstək vermək qərarı verilib. Bu paket çərçivəsində əlavə 250 milyon avro Amerika silahlarının alınması üçün nəzərdə tutulub. (Teleqraf.az)