Nobel Sülh mükafatı ona verildi

Nobel Sülh mükafatı ona verildi Dünya

Nobel Sülh mükafatı BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Navanethem “Navi” Pillaya təqdim olunub.

News24.az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, 2026-cı ildə Nobel Komitəsi Sülh mükafatı üzrə 287 namizədi qeydə alıb. Onlardan 208-i fiziki şəxs, 79-u isə təşkilat olub.

Mükafatın ehtimal olunan namizədləri arasında Sudanın fövqəladə hallara cavab mərkəzləri, eləcə də qlobal əməkdaşlığın qurulması istiqamətində fəal səylər göstərən Roma Papası XIV Lev də yer alıb.