“Çənəsinə vurulan zərbədən sonra...” – Tramp Makronu necə ələ saldı?

“Çənəsinə vurulan zərbədən sonra...” – Tramp Makronu necə ələ saldı? Dünya

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu hədəf alaraq onu kəskin şəkildə ələ salıb.

News24.az xəbər verir ki, Tramp NATO müttəfiqlərini İrana qarşı hərbi əməliyyatlara qoşulmadıqları üçün sərt tənqid edib və bu müharibənin Yaxın Şərqi sarsıtdığını bildirib.

Çıxışı zamanı Makronun şəxsi həyatına və aksentinə toxunan Tramp deyib:

“Fransaya zəng edirəm, Makrona zəng edirəm, onun həyat yoldaşı onunla çox pis davranır. O, çənəsinə vurulan zərbədən sonra hələ də özünə gəlməyə çalışır".

Ağ Ev rəhbəri Fars körfəzindəki vəziyyətlə bağlı fransalı həmkarından kömək istədiyini, lakin rədd cavabı aldığını iddia edib. Trampın sözlərinə görə, o, Makrona dərhal gəmilər göndərməyi təklif etsə də, Fransa lideri fransız aksentini təqlid edərək belə cavab verib:

“Xeyr, bunu edə bilmərik, Donald. Biz bunu müharibədə qalib gəldikdən sonra edə bilərik”.

Tramp isə buna cavab olaraq: “Xeyr, mənə müharibədən sonra Emmanuel lazım deyil,” — deyərək etirazını bildirib.