"Nüvə müharibəsində qalib yoxdur"
Dünya
Moskva və Pekinin hərbi sahədə etimadı, əməkdaşlığı daha da dərinləşdirəcəkləri bildirilsə də, nüvə dövlətləri də daxil olmaqla münasibətlərin pisləşməsi nəticəsində strateji risklərin artması ilə bağlı narahatlıq ifadə olunub.
News24.az xəbər verir ki, Putin və Si, "Nüvə müharibəsində qalib yoxdur. ABŞ-ın strateji tarazlığı pozmaq cəhdləri ilə bağlı ciddi narahatlığımızı bir daha təsdiq edirik" deyib.
Rusiya və Çin də bəzi ölkələrin kosmosdan hərbi münaqişə üçün istifadə etmək cəhdlərinə qarşı olduqlarını bildiriblər.
İclasla bağlı açıqlamada, "ABŞ-ın qlobal raketdən müdafiə sistemi, 'başını kəsən' hücumlar həyata keçirə biləcək nüvə olmayan yüksək dəqiqlikli silah planları və Avstraliyanın ABŞ-ın genişləndirilmiş nüvə qarşısının alınması planlarında iştirakı ilə bağlı narahatlıqları təsdiq edirik" ifadələri istifadə edilib.
Onu da qeyd edək ki, Moskva və Pekinin birgə hərbi təlimlərin əhatə dairəsini genişləndirəcəyi də bildirilib.
Günel Məlikzadə