Odessada matəm elan edildi

Odessada matəm elan edildi Dünya

Martın 3-də Rusiyanın hücumu zamanı həlak olanlar ilə əlaqədar bütün Odessa vilayətində matəm elan edilib.

News24.az xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

" Rusiyanın pilotsuz təyyarəsinin hücumu ilə əlaqədar İnsan itkilərinə görə, sabah Odessa və bölgədə matəm elan edilib",- deyə o bildirib.

Onun sözlərinə görə, axtarış-xilasetmə işləri davam edir. 

Qeyd edək ki, hücum nəticəsndə ölənlərin sayı 4 nəfərə çatıb.

Mehriban Mirzəzadə