Ofisant işləyən robot müdirdən maaş artımı istəyir - Video
Dünya
Ankarada restoranlardan birində çalışan Fiko adlı robot ofisiant müştərilərin böyük marağına səbəb olub.
News24.az xəbər verir ki, maaş alan və həftədə bir gün istirahət edən robot sahibindən əmək haqqının artırılmasını istəməsi ilə də diqqət çəkib.
Restoranın sahibi Sungur Deliqozoğlu bildirib ki, xüsusilə uşaqlı ailələr robotu görmək üçün restorana gəlirlər.
Onun sözlərinə görə, robot ofisiantı Çinə səfəri zamanı görüb və daha sonra bu ideyanı Türkiyəyə gətirib.
Robot cəmi 3-4 gün əvvəl restoranda fəaliyyətə başlayıb, lakin qısa müddətdə böyük maraqla qarşılaşıb.
Restoran sahibi bildirib ki, robot müştəriləri qarşılayır, uşaqlarla maraqlanır və bəzən sahibinin sözündən çıxaraq uşaqlarla rəqs edir.
“Bəzən masaları yığışdırır, amma kefinə düşəndə də əsəbiləşir. Dayanmadan “Müdir maaş artımı” deyir. Nə qədər işləyirsə, bir o qədər qarşılığını istəyir”, — deyə restoran sahibi bildirib.