Ögey anasını və qardaşını 90 bıçaq zərbəsi ilə öldürdü
Dünya
Rusiyanın Sankt-Petersburq şəhərində dəhşətli qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, birinci kurs tələbəsi olan gənc ögey anasını və azyaşlı qardaşını qəddarcasına öldürüb.
Məlumata görə, 21 yaşlı tələbə sərxoş vəziyyətində 61 yaşlı ögey anası və onun 8 yaşlı oğlu ilə mübahisə edib.
Qadının öz övladına qarşı isti münasibəti gəncdə qısqanclıq hissi yaradıb.
O, evdəki ağac oymaq üçün istifadə edilən bıçaqla ana və övladına hücum edib.
21 yaşlı oğlan onlara ümumilikdə təxminən 90 bıçaq zərbəsi endirib.
Hücum nəticəsində qadın və azyaşlı uşaq hadisə yerində həyatlarını itiriblər.
Qətli törədən şəxs saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə onun barəsində dekabrın 2-dək həbs-qətimkan tədbiri seçilib. O, əməlini tam etiraf edib.
Cinayətin xüsusi amansızlıqla törədilməsi səbəbindən onun ömürlük azadlıqdan məhrum edilməsi gözlənilir.
Faktla bağlı araşdırmalar davam etdirilir və istintaqın gedişatı birbaşa Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin şəxsi nəzarətindədir.