Oğrunu tutmağa çalışan polislər öldürüldü

Oğrunu tutmağa çalışan polislər öldürüldü Dünya

Nyu-Yorkun Salina şəhərində baş verən atışmada şerifin müavini və bir polis məmuru həlak olub.

News24.az xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.

Məlumata görə, onlar Sirakuzaya (Nyu York) avtomobil oğurluğunda şübhəli bilinən şəxsin ünvanına göndəriliblər. Onlar evə daxil olanda  atəş açılıb. Atışma nəticəsində şübhəli şəxs öldürülüb.

Xəstəxanaya çatdırılan polislər aldıqları xəsarətlərdən ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə