Ölkədə tarixi dəyişiklik: Onlara vətəndaşlıq veriləcək

Ölkədə tarixi dəyişiklik: Onlara vətəndaşlıq veriləcək Dünya

Suriya Daxili İşlər Nazirliyi əvvəllər vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlıq verilməsi barədə Prezident Fərmanının icrasına başlayıb.

News24.az xəbər verir ki, fərmanda vətəndaşlığın hüquq və vəzifələr baxımından tam bərabərlik əsasında veriləcəyi bildirilib.

Qeyd edək ki, bu qərarın tarixi kökləri 1962-ci ilə dayanır. Həmin ildə Hasakədə keçirilmiş fövqəladə əhali siyahıyaalması nəticəsində minlərlə kürd “əcnəbi” və ya “qeydiyyatdan keçməmiş” statusu alaraq şəxsiyyət vəsiqəsi, pasport, mülkiyyət və dövlət xidmətlərindən məhrum edilmişdi.

Əsəd rejimi dövründə bu vəziyyət uzun illər davam etmiş və kürd əhalisinin əhəmiyyətli bir hissəsini faktiki olaraq dövlətsiz vəziyyətə salmışdı.

16 yanvar 2026-cı ildə Suriya Prezidenti Əhməd əş-Şaraa tərəfindən imzalanmış 13 nömrəli Prezident Fərmanı ilə buna son qoyulub. Fərmana əsasən, Suriya kürdləri rəsmi olaraq Suriya xalqının “əsas və ayrılmaz hissəsi” kimi tanınacaq.