Ölkədən qaçan Xalq artisti səhnəyə qayıdır
Dünya
Rusiyanın Xalq artisti Alla Puqaçova bu ilin yayında səhnəyə qayıdacaq.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, sənətçi Rusiya xaricindən olan sifarişçilərin təkliflərini nəzərdən keçirməyə hazırdır.
O, xaricdə kiçik konsertlərdə çıxış etməyi planlaşdırır.
Qeyd edək ki, Alla Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayan zaman ölkəni tərk edib. O, son illər Kiprdə yaşayır, konsert repertuarı və musiqi proqramı üçün yeni mahnılar üzərində işləyir.
2024-cü ildə ona konsert təklifləri gəlsə də, müğənni bu təklifləri rədd edib.